“Bakı Metropoliteni” QSC 50 illik yubileyinə hazırlıqları davam etdirir. “Bakı Metropoliteni” QSC 50 illik yubileyinə hazırlıqları davam etdirir.

Bakı metrosu 50 illik yubileyinə hazırlaşır - Foto

“Bakı Metropoliteni” QSC 50 illik yubileyinə hazırlıqları davam etdirir.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında deyib.

O bildirib ki, artıq bütün stansiyalarda və keçidlərdə Bakı metrosunun 50 illik yubileyinə həsr edilmiş lövhələr quraşdırılıb, müxtəlif sahələrdən çəkilmiş fotoşəkillərdən kollaj hazırlanıb.

N.Paşayevin sözlərinə görə, “Yarım əsr xidmətinizdə” sloqanıyla görülən işlərlə yanaşı, həmçinin bu sloqanla bəzədilən 1 ədəd yubiley qatarı da istifadəyə verilib, qatarın oturacaqlarına Metropolitenin loqoları vurulub.

N.Paşayev qeyd edib ki, hazırda ikinci belə qatarın təmiri aparılır.

AzNews.az