- Dünyanın halı
- 21 Aprel 22:54
- 1 585
Britaniyada “Telegram”a qarşı istintaq başladılıb
Böyük Britaniyada “Telegram” platformasına qarşı istintaq başladılıb.
Aznews.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkənin dövlət media tənzimləyicisi sayılan “Ofcom” uşaqlara qarşı cinsi zorakılıq məzmunlu qanunsuz materialların yayıldığı şübhəsi ilə bağlı araşdırma aparır.
Tənzimləyicinin açıqlamasında bildirilir ki, araşdırma 2023-cü il “Onlayn Təhlükəsizlik haqqında” qanun çərçivəsində aparılır və məqsəd platformanın bu cür materialların yayılmasının qarşısını almaq üzrə öhdəliklərinə əməl edib-etmədiyini müəyyənləşdirməkdir.
“Ofcom”, həmçinin “Teen Chat” və “Chat Avenue” veb-çatları ilə bağlı da oxşar prosedura başladıb. Məqsəd onların uşaqları cinsi xarakterli hərəkətlərə sövq etməyə çalışan şəxslərin qurbanına çevrilmək riskindən qorumaq üzrə öhdəliklərini yerinə yetirib-yetirmədiyini müəyyən etməkdir.