Bu günə qədər 28 məcburi köçkün ailəsi öz doğma yurduna –Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdıb. Bu günə qədər 28 məcburi köçkün ailəsi öz doğma yurduna –Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdıb.

Cocuq Mərcanlıya nə qədər adam qayıdıb

Bu günə qədər 28 məcburi köçkün ailəsi öz doğma yurduna –Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdıb.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi XanlarZeynalov bildirib ki, köç davam edir.

Ailələrin köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturuntikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonununCocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

İkinci mərhələdə daha 100 evin tikintisi həyata keçiriləcək.