Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirməyə başlayıb. Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirməyə başlayıb.

Küveytdən Bakıya birbaşa reyslər başlayıb

Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirməyə başlayıb.

AzNews.az Trend-ə xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq hava limanı məlumat yayıb.

Əl-Küveyt şəhərindən Bakıya ilk reys iyulun 10-da baş tutub.

Bu reyslər həftədə iki dəfə, bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Jazeera Airways” 2004-cü ildə yaradılıb və hər il 16 istiqamət üzrə 1,25 milyon sərnişinə xidmət göstərir.