Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarından 4 nəfər evə buraxılıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarından 4 nəfər evə buraxılıb.

SOCAR-ın xəsarət alan 5 əməkdaşından 4-ü evə buraxılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarından 4 nəfər evə buraxılıb.

AzNews.az xəbər verir ki, bu barədə "Trend"ə Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib.

Baş həkim bildirib ki, yaralılardan 1986-cı il təvəllüdlü Hüseynov Mürvət Hüseyn oğlu, 1985-ci il təvəllüdlü Tarverdiyev Samir Həmid oğlu, 1984-cü il təvəllüdlü Quliyev Zaur Bəhram oğlu və 1986-cı il təvəllüdlü Paşayev Bəhruz Rafiq oğlunun səhhətləri tam normallaşdığı üçün evə buraxılıblar. Hadisə nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü Əliyev Raqif Rafiq oğlu döş qəfəsinin diafraqma yırtığından əməliyyat olunduğundan hələlik onun stasionar müalicəsi davam etdirilir. Hazırda xəstənin səhhəti normaldır. Onun iyulun 11-də evə buraxılacağı gözlənilir.

Qeyd edək ki, iyunun 28-də saat 13:50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Arya 141" qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub. Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.