Bakı Nəqliyyat Agentliyi paytaxtda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirib. Bakı Nəqliyyat Agentliyi paytaxtda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirib.

Bakıda daha bir marşrut xətti dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi paytaxtda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, iyulun 11-dən etibarən hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

AzNews.az