Prezident diplomatik xidmət orqanları əməkdaşlarını medalla təltif etdi - Adlar

İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı əməkdaşlar təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Mirzə-zadə Pərvin Xəyyam oğlu

Şərifov Samir Ənvər oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əliyev Fuad Rəcəb oğlu

Mərdəliyev Seymur Qurban oğlu

Şıxəliyev Əşrəf Fərhad oğlu

“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə

Əlimərdanov Mütəllim Hafiz oğlu

Lütfəlizadə Ülkər Azər qızı

Məmmədov İlham Nəriman oğlu

Rzayev Ruslan Novruz oğlu

Sultanov Aslan İmamverdi oğlu

Zeynalova Könül Dilavər qızı