Londonda yaşayan azərbaycanlı gənc Babək İsmayılın "OneDome" adlı startup proyekti 2016-cı ilin aprelində qurulub. Londonda yaşayan azərbaycanlı gənc Babək İsmayılın "OneDome" adlı startup proyekti 2016-cı ilin aprelində qurulub.

Londonda azərbaycanlı gəncin layihəsi 4 milyon dollar yığdı

Londonda yaşayan azərbaycanlı gənc Babək İsmayılın "OneDome" adlı startup proyekti 2016-cı ilin aprelində qurulub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, "OneDome" layihəsi əmlak bazarında yenilik hesab olunur. Belə ki, ev sahibi ilə müştəri arasında birbaşa əlaqəyə yaratmağa yardımçı olur. Bununla da, heç bir vasitəçiyə ehtiyac qalmır.

Londonlu investorlar investisiya fondlarından deyil, öz şəxsi pulları ilə layihənin inkişafına dəstək olublar. Bununla da, layihənin dəyəri 4 milyon dollara çatıb.

İsmayıl hesab edir ki, əmlak bazarında istehlak təcrübəsi gərəksizdir və əlavə stresə səbəb olur. OneDome inanır ki, texnologiya əmlak sahəsində çalışan peşəkarlarla onların müştəriləri arasındakı əlaqəni, alqı-satqı prosesini daha da sadə və şəffaf hala gətirəcək.

Həmçinin, OneDome vasitəsilə alqı-satqı prosesində yeni hüquqi və maliyyə xidmətləri təklif olunacaq.