Qafqaz Müsəlmanları İdarəsi məşhur meyxanaçı Ağamirzə Məmmədovun sağlığında özünə qəbir qazdırması məsələsinə aydınlıq gətirib. Qafqaz Müsəlmanları İdarəsi məşhur meyxanaçı Ağamirzə Məmmədovun sağlığında özünə qəbir qazdırması məsələsinə aydınlıq gətirib.

“Cümə axşamlarında içinə girib uzanmaq da olar”- QMİ meyxanaçının özünə qəbir qazdırmasından danışdı

Qafqaz Müsəlmanları İdarəsi məşhur meyxanaçı Ağamirzə Məmmədovun sağlığında özünə qəbir qazdırması məsələsinə aydınlıq gətirib.

İdarənin üzvü, Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov AzNews.az-a açıqlamasında bildirib ki, insanın sağlığında özünə qəbir qazdırması günah deyil, əksinə bu islamda savab əməl hesab olunur:

“İnsanın özünə yer götürüb qəbir qazmasına şəriət icazə verir. Hətta bəzi şəxslər olub ki, özləri üçün qəbir qazdırıb və cümə axşamlarında onun içinə girib uzanıblar. Burada kimisə ittiham eləmək düzgün deyil. İnsanda bunu eləmək üçün güc, qüvvət, hünər lazımdır. Hər adam özünə qəbir qazdıra bilməz. Bu işdə savab var”.

Rauf Sərdarov qeyd edir ki, bəzi insanlar sağlığında özləri üçün kəfən alır və qəbir yeri götürür:

“Ölüm hamı üçün var. Sadəcə, sağ olan birisinin özünə qəbir qazdırması insanlarda qorxu yaradır”.

Məşhur meyxanaçı Ağamirzə Məmmədov özü üçün qəbir qazdırıb, içi lazımi qaydada hörülüb və tam hazır vəziyyətə gətirilib. Onun bu hərəkəti cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az