- Ermənistan və Gürcüstan
- 13:58
- 2 121
Paşinyana hücum cəhdi ilə bağlı 3 nəfərə ittiham irəli sürüldü
Ermənistanda Baş nazir Nikol Paşinyana hücum cəhdi ilə bağlı cinayət işi çərçivəsində üç nəfərə ittiham irəli sürülüb.
Bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
“Sputnik Ermənistan”ın məlumatına görə, saxlanılan şəxslər 18 yaşlı David və Mikael Minasyan, həmçinin ictimai-siyasi fəal Gevork Gevorkyandır.
Bildirilib ki, şübhəlilərdən birinə xuliqanlıq və vəzifəli şəxsin siyasi fəaliyyətinə müdaxilə maddələri ilə ittiham irəli sürülüb. Digər iki nəfər isə bu cinayətlərin təşkilində və onlara kömək etməkdə günahlandırılır.
Mövsüm,
AzNews.az