Həftələr öncə Azərbaycandan çıxıb Rusiyaya gələn bu şəxslər son üç gündür ki, günlərini ya polis şöbəsində, ya da avtovağzalda ac və susuz keçiriblər. Həftələr öncə Azərbaycandan çıxıb Rusiyaya gələn bu şəxslər son üç gündür ki, günlərini ya polis şöbəsində, ya da avtovağzalda ac və susuz keçiriblər.

Rusiyaya işləmək üçün getmək istəyən 23 azərbaycanlı aldadıldı - Video

Həftələr öncə Azərbaycandan çıxıb Rusiyaya gələn bu şəxslər son üç gündür ki, günlərini ya polis şöbəsində, ya da avtovağzalda ac və susuz keçiriblər.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, əslən Qazax və Ağstafa rayonlarının müxtəlif kəndlərindən olan bu şəxslərin ən böyük istəkləri isə tez bir zamanda vətənlərinə qayıdıb öz ailələrinə qovuşmaqdır.

Bir tanış vasitəsi ilə işləyib pul qazanaq deyə əvvəlcə Volqaqrada gətirilən 23 nəfərdən ibarət azərbaycanlı qrup daha sonra gəldikləri yerdə işsizliklə üzləşib, başqa məkana üz tutmaq qərarına gəliblər. Onların sözlərinə görə, Dağıstan vətəndaşı olan bir nəfər onların bir hissəsini iş adı ilə öz tikinti sahəsinə gətirib. Daha sonra qeydiyyata salacağını və yeməklə təmin edəcəyini deyib. Lakin deyilənə görə, heç də hər şey söz verildiyi kimi olmayıb.

Piyada 56 kilometr yol qət etdikdə sonra İstra şəhər mərkəzinə çatıblar. Lakin bu dəfə də Rusiya hüquq mühafizə orqanları tərəfindən qeydiyyatları olmadığına görə saxlanılaraq İstra şəhər polis məntəqəsinə aparılıblar.Yeməyə çörək pulu belə tapa bilməyən bu insanlara isə yardım əlini İstra şəhərində yaşayan azərbaycanlılar uzadıb.İstra şəhər sakini olan azərbaycanlılar tərəfindən isti yeməklə təmin edilən bu insanlara daha sonra elə xeyirsevər insanlar yol pulu və cib xərcliyi də veriblər. Onlar Moskva avtovağzalına yola salınıblar. Moskvadan isə başqa bir avtobusla Azərbaycana qayıdacaqlar.