Şirvanda qonşusunu maşınla qəsdən vuran şəxs sərbəst buraxılıb. Şirvanda qonşusunu maşınla qəsdən vuran şəxs sərbəst buraxılıb.

Qonşusunu maşınla qəsdən vuran şəxs sərbəst buraxıldı

Şirvanda qonşusunu maşınla qəsdən vuran şəxs sərbəst buraxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyulun 14-də Şirvan şəhəri Y. Çəmənzəmənli küçəsində yaşayan qonşular arasında münaqişə yaranıb.

Sonra onlardan biri, həmin küçədə yaşayan 1976-cı il təvəllüdlü Əliyev Teymur Əli oğlu avtomobillə qonşusu, 1996-ci il təvəllüdlü Şıxıyev Rahim Şıxı oğlunu qəsdən vurub. Sonuncu çanağın sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə yerindən yayınan T. Əliyev bir müddət sonra polis tərəfindən saxlanılıb və ifadəsi alındıqdan sonra buraxılıb. Saxlanılan şəxs kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Həftədə 4 dəfə böyrək funksiyasını yerinə yetirən dializ aparatına qoşulması nəzərə alınaraq, T. Əliyev barəsində həbs-qəti imkan tədbiri seçilməsi məhkəməyə qədər təxirə salınıb. Ondan başqa yerə getməmək haqqında iltizam alınıb.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az