Türkiyədə “general ovu“ davam edir




Türkiyədə 28 fevral (28 şubat) istintaqı çərçivəsində ifadə verən 5 generaldan 4-ü həbs olunub. ANS PRESS-in məlumatına görə, Ankaradakı 3 saylı növbətçi məhkəmədə ifadələri alınan istefada olan ordu generalı Orxan Yöney, istefada olan admiral Hayri Bülent Alpkaya, istefada olan general-leytenant Köksal Karabay və istefada olan vitse-admiral Altac Atılan barəsində həbs qərarı verilib. İstefada olan general-mayor Ersin Yılmaz isə məhkəmənin nəzarətində qalmaq şərti ilə azadlığa buraxılıb.

Xatırladaq ki, 1997-ci il fevralın 28-də Türkiyədə baş vermiş "müasir" hərbi dövlət çevrilişi barədə keçən il istintaq (28 şubat soruşturması) başladılmış və əksəriyyəti general olmaqla bir çox yüksək rütbəli hərbçi həbs olunmuşdu.

AzNews.az