Bakı küçələrində qeyri-adi maşın - Video

Sosial şəbəkələrdə markası və modeli bilinməyən, ən əsası dövlət qeydiyyatından keçməyən bir avtomobilin Bakı küçərlərində hərəkət etdiyi ilə bağlı görüntülər yayılıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, markası və modeli bilinməyən bu qeyri-adi avtomobil Bakı küçələrində hərkət edir.

Üstəlik, avtomobilin arxa tərəfində dövlət qeydiyyat nişanının olmadığı da açıq aydın görünür.

Ekspertlər isə bu halı qanunsuz hesab edir. Qanunvericiliyə görə dövlət qeydiyyatından keçməyən avtomobilin ümumi istifadədə olan yolda hərəkəti yolverilməzidr.

Amma əgər avtomobildə ciddi dəyişikliklər edilibsə, bu, konstruksiya dəyişikliyi sayılır və sürücü 150 manat miqdarında cərimələnərək maşın duracaqa qoyulur, köhnə halına gətirildikdən sonra yola buraxılır.

Vətəndaşın kustar üsulla hazırladığı nəqliyyat vasitələri ilə ümumi istifadədə olan yolxa çıxması qadağan olsa da, buna görə cərimə nəzərdə tutulmayıb.

Bundan başqa, xüsusi əyləncə mərkəzləri və yaxud çimərliklərdə idarə edilməsi üçün istehsal edilən nəqliyyat vasitələrilərinin də yola çıxması qadağandır. Amma buna görə də cərimə nəzərdə tutulmayıb. Sadəcə olaraq yol polisi həmin nəqliyyat vasitələrini yoldan kənarlaşdırılmasını tələb və icra edə bilər.