Bu gün səhər saatlarında Bakının Yasamal rayonunun İnşaatçılar prospekti ərazisindəki yaşayış binasında yanğın baş verib. Bu gün səhər saatlarında Bakının Yasamal rayonunun İnşaatçılar prospekti ərazisindəki yaşayış binasında yanğın baş verib.

Yasamaldakı yanğından - Fotolar

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunun İnşaatçılar prospekti ərazisindəki yaşayış binasında yanğın baş verib.

"Report" hadisə yerindən fotoreportajı təqdim edir.

Qeyd edək ki, yanğın binanın dam örtüyündən başlayıb və hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb olunub. Havanın küləkli olması yanğını daha da gücləndirib və nəticədə, binanın 240 kvadratmetr dam örtüyü yanıb. Yanğın söndürülüb və mənzillərə keçməsinin qarşısı alınıb. Yanğının naqillərdə yaranmış qısaqapanmadan baş verdiyi ehtimal edilir və hazırda araşdırmalar davam etdirilir.

AzNews.az