Arvadını və uşaqlarını özü ilə birlikdə bu yerdə öldürüb - Video

Bərdə sakini 49 yaşlı Saday Əliyev həyat yoldaşı Gülbəniz Mehdiyevanın başından "kvalt" la vuraraq öldürüb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, 21 yaşlı qızı yaşlı Məleykə Əliyeva və 14 yaşlı oğlu Murad Əliyevə isə küt alətlə ağır xəsarətlər yetirib.

Hadisəni törədən Saday Əliyev sonradan özünü eyvanın tavanından asaraq intihar edib.

Yaralılar qonşuların köməyi ilə Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Lakin onların vəziyyəti ağır olduğundan Gəncədəki xəstəxanaya köçürülüblər.

Hüsü Həsənov - Kənd sakini: "Gördük ki, qapı qonşudan səs gəlir. Oölan ata-anası ilə birlikdə yaşayır. Səsə-küyə biz də gəldik. Uşaqlarını tez götürdük apardıq xəstəxanaya. Özü də asılı vəziyyətdə ölmüşdü. Yoldaşı da ağır vəziyyətdə idi. Təcili yardımda rəhmətə getdi".

Yaxınlarının bildirdiyinə görə hadisədən əvvəl ailədə hər hansı bir münaqişə baş verməyib.

Saday Əliyev son vaxtlar psixoloji problemlərlə üzləşdiyi elə buna görə də müalicə aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.