Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti (Baktelecom) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir. Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti (Baktelecom) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir.

Bakının bu qəsəbələri telefonlaşdırılır

Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti (Baktelecom) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir.

AzNews.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, artıq Maştağa qəsəbəsinin Muşalan yeni yaşayış massivi və Nardaran qəsəbəsinin Ləhiş bağlarında məskunlaşan sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatı tam ödənilib.

Belə ki, hər iki ərazi üzrə ümumilikdə tutumu 2728 nömrə olan və 352 portlu genişzolaqlı avadanlıqlar quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.

“Baktelecom” tərəfindən adıçəkilən ərazilərdə tikilən yeni ATS-lərdə şəbəkənin istismarı üçün optik kabellər çəkilib. Müasir texnologiyalar əsasında aparılan kabelləşdirmə işləri fasiləsiz və dayanıqlı rabitə xidmətləri ilə təchizata imkan verir.

Hazırda daha çox insana xidmət göstərmək məqsədilə, tələbata uyğun olaraq, yeni xətt qurğularının tikintisi aparılır.

Yaxın vaxtlarda Sabunçu Telefon Qovşağının xidməti ərazisi üzrə rabitə infrastrukturu olmayan digər yaşayış massivləri də multimedia xidmətləri ilə təmin olunacaq.

Artıq istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyədavamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.

“Baktelecom” texniki imkanlılığı məhdud, rabitə infrastrukturu olmayan ərazilərin mərhələli şəkildə kabelləşdirilməsini bundan sonra da davam etdirəcək.