- Köhnə - Cəmiyyət
- 26 İyul 2017 21:54
- 3 777
Bakıda bu ərazilərdə də pulsuz "Wi-Fi" olacaq
Artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də "Wi-Fi"a ödənişsiz giriş təmin olunacaq.
AzNews.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, işlər "ictimai Wi-Fi" layihəsi çərçivəsində aparılıb.
Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "Wi-Fi" təmin olunub.
Yaxın vaxtlarda ödənişsiz "Wi-Fi"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır.