Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçiriləcək. Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçiriləcək.

Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirməyə başlayacaq

Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçiriləcək.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”yə dəyişiklik edib.

Qeyd edək ki, Sərhəd qoşunlarına belə bir hüquq “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli qanunla verilib. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”də bu hüququn əksini tapması ilə Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirməyə başlayacaq.