Qazıntı zamanı dəmiryol xəttinin kənarında tom mərmisinin gilizi tapılıb - Foto

Nazirlər Kabineti Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində Agentlik tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb.

AzNews.az Anama-ya istinadən xəbər verir ki, bu gün saat 09:58-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində “AzTelekom MMC” tərəfində aparılan qazıntı zamanı mərminin aşkar olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Bakı-Böyük Kəsik dəmiryol xəttinin həmin qəsəbədən keçən hissəsinin kənarında qazıntı işləri aparılan əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd top mərmisinin gilizi (boş) aşkar edilərək götürülüb.

Aşkar olunmuş gilizin ətrafında 50 kv.m əraziyə yeraltı baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.