- Köhnə - Cəmiyyət
- 6 Sentyabr 2017 17:42
- 5 430
Avtomobil qəzasına görə Sabunçuda kəsilən qaz verilişi bərpa oundu
Bakıda yol qəzası zamanı zədələnən qaz borusu bərpa olunub.
AzNews.az istinadən xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbalıyev bildirib ki, hadisə baş verəndən dərhal sonra "Azəriqaz"ın təmir-tikinti briqadası əraziyə cəlb edilib və zədələnmiş qaz borusu təmir edilib. Hazırda Sabunçu qəsəbəsində qazın verilişində problem yoxdur.
Xatırladaq ki, bu gün günorta saatlarında Sabunçu rayonunun Zabrat-Maştağa avtomobil yolunda "Mətanət-A" şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı "Hyundai" markalı yük avtomobili yüksək sürətlə hərəkət edərək həmin yolda işıqforun qırmızı işığının tələbini pozub qarşıdan gələn "Mercedes S klass" markalı gəlin maşınının yoluna çıxıb və toqquşub. Daha sonra yük avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılaraq aşıb. Nəticədə qaz xəttinə ziyan dəyib.