- Köhnə - Cəmiyyət
- 15 Sentyabr 2017 22:36
- 12 100
Azərbaycanda nazir oğlu dünyasını dəyişdi

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı Apa-ya ailəyə yaxın mənbə bildirib.
Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.