- Köhnə - Cəmiyyət
- 18 Sentyabr 2017 15:43
- 5 276
“Həbs edilən oğlum Şeyxin kürəkəni deyil” - Hacı Qalibdən açıqlama
Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə bəzi mətbuat orqanlarında həbs edilən oğlunun Şeyxin kürəkəni olması barədə yazılan xəbərlərə aydınlıq gətirib.
Q.Salahzadə “Ölkə.Az”-a açıqlamasında bunun doğru olmadığını deyib:
“Bəzi mətbuat orqanlarında Şeyxin kürəkəni olan oğlumun həbs edilməsi barədə xəbər yazılıb. Ancaq bu doğru deyil. Mənim iki oğlum var. Həbs edilən oğlum isə Şeyxin kürəkəni deyil”.
Xatırladaq ki, Hacı Qalib Salahzadənin böyük oğlu Əlihüseyn Salahzadə həbs edilib.
AzNews.az