“Şahdağ Qış-Yay Turizm Kompleksinə 2 milyard manat xərclənməsi ilə bağlı yazılanlar əsassızdır” “Şahdağ Qış-Yay Turizm Kompleksinə 2 milyard manat xərclənməsi ilə bağlı yazılanlar əsassızdır”

Əbülfəs Qarayev təkzib edir

“Şahdağ Qış-Yay Turizm Kompleksinə 2 milyard manat xərclənməsi ilə bağlı yazılanlar əsassızdır”




Ötən həftə birinci mərhələsi yenicə istifadəyə verilmiş Şahdağ Qış-Yay Turizm Kompleksinə 2 min insan gəlib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, o özü Şahdağ Qış-Yay Turizm Kompleksində olub və bu məkanla bağlı ona verilən rəylər çox müsbətdir: "Biz bu kompleksi tam qurtarmamış açmaq fikrində deyildik. Sadəcə, müəyyən bir hissəsini açdıq və burada cəmi 40 otaq var. Təkcə bu şənbə və bazar günü gələn 2000 adamı yerləşdirməyə kifayət etmir. Təxminən 600-700 xizək var. Biz turizm şirkətlərinə də müraciət etmişik ki, əvvəlcədən gələn insanların sayı, çəkisi, boyu, ayağının ölçüsünü dəqiqləşdirsinlər, çünki orada hər adama xidmət 40 dəqiqə zaman alır. Bu, çox məsuliyyətli və travmatik idman növüdür. Ona görə də qonaqların hər birinə məsuliyyətlə yanaşılır".

Ə.Qarayev onu da əlavə edib ki, bəzi mətbuat səhifələrində kompleksə ayrılan büdcənin 2 milyard manat olduğu yazılır: "Amma mən heç bilmirəm ki, bu layihə başa çatana qədər bu 1 milyard olacaq, ya yox".

AzNews.az