Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə Xarici İşlər Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinə İraqda tapılan İŞİD terror təşkilatının üzvü olan azərbaycanlıların uşaqları ilə bağlı məktubla müraciət edib. Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə Xarici İşlər Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinə İraqda tapılan İŞİD terror təşkilatının üzvü olan azərbaycanlıların uşaqları ilə bağlı məktubla müraciət edib.

Bakıdakı uşaq sığınacağı terrorçuların uşaqlarını qəbul etməyə hazırdır

Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə Xarici İşlər Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinə İraqda tapılan İŞİD terror təşkilatının üzvü olan azərbaycanlıların uşaqları ilə bağlı məktubla müraciət edib.

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, Kəmalə Ağazadə bildirib ki, sözügedən uşaqları vətənə gətirərkən onların sığınacağında yerləşdirə bilərlər. Məktubda AUB-un həmin uşaqlara psixoloji yardım göstərməyə hazır olduğu da ifadə edilib.

"Sözügedən qurumlar uşaqları vətənə qaytararkən onları ilk olaraq Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yerləşdirə bilərlər. Bu uşaqların valideynləri tapılana qədər onlar uşaq evlərində məskunlaşacaqlar və onlara mütləq psixoloji yardım gəstərilməlidir" — deyə Ağazadə bildirib.

Onun sözlərinə görə, İŞİD yaraqlılarının uşaqları psixoloji zorakılığın qurbanlarıdır və onlara kömək lazımdır.

"Uşaqların Azərbaycana qayıdışı səfirlik, Xarici İşlər Nazirliyi və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək. O uşaqlara dəstək göstərmək bizim vətəndaşlıq borcumuzdur" — deyə Ağazadə əlavə edib.

Sputnik Azərbaycan-ın daha əvvəl verdiyi məlumata görə, Bağdaddakı sığınacaqlardan birində 2-3 yaşlı Abdulla və Xədicə adlı bacı-qardaş məskunlaşıb. Onları RT telekanalının əməkdaşları tapıblar və videoya çəkiblər. Uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sentyabrın 12-də Təl-Afərdən Bağdada aparıblar.

Sonra məlum olub ki, Abdulla və Xədicə İraq sığınacaqlarında olan yeganə azərbaycanlı uşaqlar deyil. İraq ərazisində Azərbaycandan olan İŞİD yaraqlılarının xeyli sayda uşaqları və qadınlar var. Hazırda azərbaycanlı diplomatlar qısa müddətdə həmin qadın və uşaqların Azərbaycana qaytarılması üzərində işləyirlər.