Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonun oktyabrın 1-də Bakıya səfəri planlaşdırılır. Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonun oktyabrın 1-də Bakıya səfəri planlaşdırılır.

Vitali Kliçko Bakıya səfər edəcək

Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonun oktyabrın 1-də Bakıya səfəri planlaşdırılır.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, V.Kliçkonun səfəri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyində görüşlər nəzərdə tutulur.

Görüşlərdə Bakı ilə Kiyev arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən iqtisadi, siyasi, elmi, mədəni əlaqələr müzakirə ediləcək.

Qeyd edək ki, Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko aprel ayında da Bakıya səfər etmişdi.