“DİA.AZ” informasiya agentliyi 25 sentyabr 2017-ci il tarixdə “Ağdamlı məmur haqda şok iddialar” adlı yazı saytda yerləşdirmiş və sonradan həmin yazı digər saytlarda da onlara istinadən tirajlanmışdır. “DİA.AZ” informasiya agentliyi 25 sentyabr 2017-ci il tarixdə “Ağdamlı məmur haqda şok iddialar” adlı yazı saytda yerləşdirmiş və sonradan həmin yazı digər saytlarda da onlara istinadən tirajlanmışdır.

Qaçqınkom iddialara aydınlıq gətirdi - "Şər və böhtandır"

“DİA.AZ” informasiya agentliyi 25 sentyabr 2017-ci il tarixdə “Ağdamlı məmur haqda şok iddialar” adlı yazı saytda yerləşdirmiş və sonradan həmin yazı digər saytlarda da onlara istinadən tirajlanmışdır.

AzNews.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki,“DİA.AZ” saytında verilən məlumatda qeyd edilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam Şəhər üzrə nümayəndəsi işləyən İsmayılova Məlahət Əsgər qızı Ağdam rayonundan olan məcburi köçkün Məmmədova Aytəkin Məmməd qızına zəng edərək onlara vahid aylıq müavinətin verilməsi üçün ondan 1500 manat pul istəyib. Məmmədova Aytəkin isə bu məbləği ödəməyəcəyi təqdirdə onların vahid aylıq müavinətinin kəsiləcəyini bildirib.

Dövlətqaçqınkomun mətbuat xidməti olaraq bildiririk ki, həmin yazıda Komitənin nümayəndəsi kimi adı çəkilən İsmayılova Məlahət Əsgər qızı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı deyil. Həmin yazıda müavinətlə və digər məsələlərlə bağlı olan fikirlər həqiqətdən kənar şər və böhtandır. Belə ki, Ağdam rayonundan olan məcburi köçkün Məmmədova Aytəkin Məmməd qızı 5 nəfər ailə üzvləri ilə birlikdə hazırda vahid aylıq müavinət alırlarlar və heç vaxt müavinət verilməsi dayandırılmayıb. Lakin Məmmədova Aytəkin Məmməd qızı vahid aylıq müavinət aldığı halda Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin aparıcı mütəxəssisi İsmayılova Məlahət Əsgər qızına müraciət etməyinə heç bir əsası olmadığı halda ona müraciət etmişdir.

Əslində o Komitəyə müraciət etməli idi və düzgün cavabı da Komitədən almalı idi. ”Sonolay.org” saytı isə Komitə ilə bu faktı dəqiqləşdirmədən Komitənin ünvanına şər-böhtan yazır və ötürür “DİA.AZ” informasiya agentliyinə. Sonra isə keçir tamam başqa məsələyə. Yazıdan görünür ki, ”Sonolay.org” saytı başqa mövzuya toxunmaq üçün bu oyunu təşkil edibdir.

Bu cür yazı müəllifləri bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər gündəlik nəzarətdə olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilə bilməz. Ona görə də bu cür yazı müəllifləri şər-böhtana yox, yalnız reallığa əsaslanmalıdırlar.