21 fevral - Beynəlxalq Ana Dili günündə Güney Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlar birgə bəyanatla çıxış edib 21 fevral - Beynəlxalq Ana Dili günündə Güney Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlar birgə bəyanatla çıxış edib

İranda Azərbaycan türkcəsi dövlət dili olsun – TƏLƏB

21 fevral - Beynəlxalq Ana Dili günündə Güney Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlar birgə bəyanatla çıxış edib



Bəyanatda bildirilir ki, millətin varlığı öncə onun dili hesab olunur :"Buna görə də rejim millətimizin dilini əlindən almağa çalışır. Milli hərəkat bu günü Azərbaycanın hər tərəfində çeşidli şəkildə bayram etməli, öz dilimizə sahib çıxaraq "Türk dilində məktəb" şüarını səsləndirməliyik".

İranda ana dili haqqından məhrum edilən bütün insanları, xüsusən də Azərbaycan türklərinə təbrik ünvanlayan bəyanat müəllifləri hamını ölkədə dil qadağası əleyhinə etiraz səsini ucaltmağa çağırıb: "Hamını bu yasaqların aradan qaldırılmasında başlanan hərəkata yardımçı olmağa çağırırıq. Dövlət orqanları bilərəkdən Azərbaycan türklərini assimilyasiya edib itirməyə çalışır. İran İslam Cümhuriyyəti rejiminin ölkədə fars olmayan millətlərin dillərinə qoyduğu qanunsuz qadağanı məhkum edir, bu siyasəti qeyri - insani və qeyri - mədəni olduğuna görə qınayır, İranda türk əhalisinin sayına əsaslanaraq, Azərbaycan türkcəsinin rəsmi dövlət dili olmasını istəyirik".

Bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:
Azərbaycan Öyrənci Hərəkatı- AZOH
Güney Azərbaycan Demokrat Partiyası- GADP
Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP
Güney Azərbaycan Milli Demokratik Birliyi - BİRLİK
Güney Azərbaycan Qurtuluş Partiyası - GAQP

Alpər
AzNews.az