Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Fikrət Qocanın oğlunun qatillərinin məhkəməsi oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda təqsirləndirilən Pərviz Hüseynovun müdafiəsinə vəkil Arif Əliyevin qoşulduğu məlum olub.

İclasda 9 saylı xəstəxananın həkimi Günay Cavadova şahid qismində ifadə verib. Bildirib ki, hadisə yerinə gedəndə meyiti görüb. Orada olanlardan nə olduğunu soruşanda həmin şəxsin yıxıldığını deyiblər. G. Cavadova bildirib ki, meyit müayinə edilib: 'Orada olan təqsirləndirilən şəxslərdən biri israr edirdi ki, elektroşok verək, lakin dedim ki, artıq gecdir".

G. Cavadova bildirib ki, meyiti kresloda oturulu vəziyyətdə görüblər.

Prosesdə təqsirləndirilən Ruslan Məmmədov da ifadə verib. Bildirib ki, həmin gün Yalçın Qocayevlə spirtli içki qəbul ediblər: "Elnur gəlib ona dedi ki, səninlə işim var. Yalçın Elnurdan nəyə görə onun evinə gecə vaxtı zəng etməsinin səbəbini soruşdu. Bu zaman onlar dalaşdılar və bir-birinə söyüş söydülər. Elnur onu itələdi, yıxıldı. Sonra köməkləşib yerdən qaldırdıq. Sonra Elnur çıxdı bayıra. Gördüm Kİ, Yalçın xırıldayır. Uşaqlar gedib həkim çağırdılar, həkim gəlib dedi ki, ölüb. Onun telefonu da yadımdan çıxıb məndə qalmışdı. Telefonu sonra aparıb satdım".

R. Məmmədov bildirib ki, hadisədən sonra Y. Qocayevin evinə gedib və oğluna atasının öldüyünü deyib. Bildirib ki, Y. Qocayevin telefonunu tanımadığı şəxsə 10 manata satıb, araq alıb içib.

Onun istintaq zamanı verdiyi ifadə də elan edilib . O, ifadəsinin bəzi hissələrini təsdiq etməyib, Y. Qocayevi vurmadığını, söymədiyini deyib.

Proses oktyabrın 16-da davam etdiriləcək.