Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Keçmiş məhkumlar tutuldu - Avtomobillərdən oğurluq ediblər

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən AzNews.az-a verilən məlumata görə, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlandığı barədə idarəyə məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunan Azər Güləliyev, onun oğlu Vaqif, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunan Elxan Sultanov tutulublar. Saxlanılan şəxslərin ətraflarında aparılan əlavə tədbirlərlə onların oktyabrın 1-dən 7-dək olan müddətdə Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etmələri müəyyən edilib.

Qeyd edək ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Azər Güləliyevin ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyun-sentyabr ayları ərzində şəhər ərazisində daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Dəstənin digər üzvü Elxan Sultanovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayında və cari ilin sentyabr ayından indiyədək olan müddətdə şəhər ərazisində əalvə 6 avtomobildən akkumulyator və yaddaş kartı oğurlaması da müəyyən edilib.

Əməliyyat tədbirinin davamı olaraq saxlanılan şəxslərin oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədova satdıqları müəyyən edilib. Həmin şəxslər də müəyyən edilərək izahatlarının alınması üçün polis idarəsinə gətirilib. Qeyd edək ki, metal qəbulu məntəqələri sahibləri aldıqları akkumulyatorların oğurluq olduğunu əvvəlcədən biliblər.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

image description image description