- Köhnə - Cəmiyyət
- 13 Oktyabr 2017 15:26
- 9 170
Şagirdin məktəbdə iki qolu sındı - Direktor təkzib edir

Tovuz rayonunda bədbəxt hadisə baş verib.
AzNews.az xəbər verir ki, rayonun Xatınlı kənd orta məktəbinin 4-cü sinif şagirdi Yasin İsgəndərov təhsil aldığı məktəbin həyətində idman qurğusundan yıxılıb. Hadisə nəticəsində Yasin İsgəndərovun iki qolu bilək nahiyəsindən sınıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada əməliyyat olunub.
Xıdırlı kənd orta məktəbinin direktoru isə AzNews.az-a açıqlamasında hadisənin dərsdən kənar baş verdiyini deyib:
“İdman qurğusundan yıxılıb. Şagirdin səhhəti yaxşıdır, heç bir narahatlıq yoxdur. Hazırda uşaq evdədir”.
Bahar RÜSTƏMLİ
AzNews.az