Əraqçi: ABŞ-nin ziddiyyətli mövqeyi diplomatiya ilə uzlaşmır

ABŞ-nin davranışı və ziddiyyətli mövqeyi bəyan edilmiş diplomatiya ilə uzlaşmır.

Aznews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı deyib.

"ABŞ-nin qanunları pozan davranışı və rəhbərlərinin ziddiyyətli mövqeləri bəyan edilmiş diplomatiya ilə uzlaşmır və İran qarşı tərəfin addımlarını izləyərək, öz maraqlarının və milli təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görəcək", - Əraqçi bildirib.

Bu telefon danışığı zamanı Əraqçi rusiyalı həmkarını regiondakı hadisələr və ABŞ tərəfindən atəşkəs rejiminin davamlı pozulması barədə məlumatlandırıb. Söhbət əsnasında regionda sülh və sabitliyin bərpasına kömək etmək istiqamətində İran ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib.