Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir. Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir.

3 gündür davam edən maqnit qasırğası nə vaxt bitəcək?

Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

E.Babayevin sözlərinə görə, indeksin qiyməti 3 ilə 5 arasında dəyişir: "Hazırda G1 kateqoriyalı geomaqnit qasırğası davam etməkdədir. Yer kürəsi hələ də Günəşdən başlanğıcını götürən plazma küləyinin ağuşundadır. Lakin getdikcə qasırğa səngiyəcək".

Qeyd edək ki, daha öncə də oktyabrın 11-dən başlayaraq formalaşmış maqnit qasırğasının oktyabrın 15-də səngiyəcəyi barədə məlumat verilmişdi.

Artıq yuxarı en dairələrində yerləşmiş ölkələrin ərazisində əsararəngiz təbitə hadisəsi olan "avrora"lar ("qütb parıltıları") müşahidə olunub.

AzNews.az