CNN-də yayımlanan “Parts Unkown” verilişinin məşhur aparıcısı, amerikalı baş aşpaz, yazıçı Entoni Burden Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib. CNN-də yayımlanan “Parts Unkown” verilişinin məşhur aparıcısı, amerikalı baş aşpaz, yazıçı Entoni Burden Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib.

CNN-nin məşhur aparıcısı Qarabağa qanunsuz səfər edərək veriliş hazırladı - XİN araşdırmalara başladı

CNN-də yayımlanan “Parts Unkown” verilişinin məşhur aparıcısı, amerikalı baş aşpaz, yazıçı Entoni Burden Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, Burden erməni mədəniyyəti və mətbəxi haqqında 45 dəqiqəlik veriliş hazırlayıb. Veriliş 2018-ci ilin yazında təqdim ediləcək.

İnternetdə yayılan fotolardan məlum olur ki, ermənilər Şuşada çəkilən verilişdə Burdenə milli mətbəximizə aid olan xəngəli, qutabı öz adlarından təqdim ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az-a bildirib ki, nazirlik faktla bağlı araşdırmalara başlayıb. Verilişin yayımdan qaldırmağın mümkün olub-olmadığına gəlincə nazirlik rəsmisi "Azərbaycanın ABŞ-dakı səfirliyinin araşdırmalarının nəticəsindən asılı olaraq müvafiq addımlar atılacaq"- deyə bəyan edib.