Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilib. Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilib.

Horadizə şəhər statusu verilməsinin 10 illiyi qeyd edildi - Foto

Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilib.

Mərasimdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Prezident Administrasiyasının Ərazi təşkilatçılığı məsələləri şöbəsinin məsul əməkdaşı Əflatun Rufuyev, Milli Məclisin sədr müavini, Füzuli rayonundan seçilmiş millət vəkili Bahar Muradova, millət vəkili Elman Nəsirov, Cəbrayıl rayonunun icra başçısı Kamal Həsənov, Müdafiə Nazirliyinin yüksək rütbəli hərbiçiləri - general-mayor Rasim Əliyev və general-mayor Mais Bərxudarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin əsgər və zabitləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimayət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiribər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açaraq, Prezident İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Horadizə şəhər statusunun verilməsindən danışıb. İcra başçısı 1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfində tam işğal olunduğunu, 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə ulu öndərin rəhbərliyi altında rayonun 22 yaşayış məntəqəsi və Horadiz qəsəbəsinin işğaldan azad olunduğunu xatırladıb. O, qeyd edib ki, ulu öndərin rəhbərliyi altında Horadiz qəsəbəsi və işğaldan azad olunmuş digər yaşayış məntəqələrinin bərpa olunmasına başlanılıb. Cənab İlham Əliyevin rəhbərliyi altında Horadizdə təhsil, səhiyyə, mədəniyyət və digər infrastruktur obyektləri, həmçinin işğal dövrü yandırılmış, dağıdılmış evlər və küçələr bərpa olunub, füzulililər öz doğma evlərinə qayıdıblar.

Alı Alıyev həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev son 10 ildə Füzuli rayonuna 6 dəfə səfər edib, rayonun və Horadiz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalayıb. A. Alıyev Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın füzulililərə diqqət və qayğısından danışıb. Bildirib ki, Mehriban xanımın diqqət və qayğısı nəticəsində Füzuli rayonunda 5 böyük lahiyə həyata keçirilib. Bunlardan dördü Horadiz şəhərinin payına düşür. Mehriban Əliyevanın təşəbbüsü ilə Horadiz şəhərində 240 yerlik məktəb, 100 yerlik uşaq bağçası, tarix-diyarşünaslıq muzeyi və rəsm qalareyası tikilib istifadəyə verilib.

Sonra Milli Məclis sədrinin müavini Bahar Muradova çxış edərək 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Horadiz şəhərinin işğaldan azad olunmasından danışıb. O, Prezident İlham Əliyevin Horadizə şəhər statusunun verilməsi haqqında sərəncamının tarixi əhəmiyyətə malik olduğunu qeyd edib. Bahar Muradova ölkə prezidentinin füzulililərə diqqət və qayğı ilə yanaşdığını, daim onların yanında olduğunu vurğulayıb.

Müdafiə Nazirliyinin rəsmiləri - general-mayor Rasim Əliyev və general-mayor Mais Bərxudarov çıxış edərək Horadiz şəhərinin və 22 yaşayış məntəqəsinin azad edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna komandanlıq qabiliyyətindən söz açıblar. Bildirilib ki, ulu öndərin 1993-cü il 2 noyabr müraciətindən sonra minlərlə gənc könüllü olaraq cəbhəyə yollanıb.

Mərasimdə çıxış edən millət vəkili Elman Nəsirov, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və başqaları Horadizin şəhər statusu almasından sonra keçən 10 il ərzində burada görülən abadlıq–quruculuq işləri nəticəsində şəhərin simasının tamamilə dəyişməsinin şahidi olduqlarını bildiriblər.

Horadizin şəhər statusu almasının 10 illik yubileyi münasibətilə keçirilən tədbirin sonunda Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının və Müdafiə Nazirliyinin xüsusi orkestrinin müşayiəti ilə şəhər sakinlərinə bayram konserti təqdim edilib. Bir-birindən maraqlı mahnılar, rəqslər və hərbi marşlar bayrama gələnlərdə xoş təəssürat yaradıb.

AzNews.az

image description image description image description image description image description image description