“Ginekoloqu həkim peşəsindən məhrum etmək üçün çox ciddi əsaslar olmalıdır. Kiminsə həkimlik adından məhrum edilməsi asan iş deyil”. “Ginekoloqu həkim peşəsindən məhrum etmək üçün çox ciddi əsaslar olmalıdır. Kiminsə həkimlik adından məhrum edilməsi asan iş deyil”.

Ekspertdən deputata ağır cavab: “Qadın uşaq doğmaq istəmirsə..."

“Ginekoloqu həkim peşəsindən məhrum etmək üçün çox ciddi əsaslar olmalıdır. Kiminsə həkimlik adından məhrum edilməsi asan iş deyil”.

Bunu AzNews.az-a açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin “selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək” fikrini şərh edərkən deyib. Onun sözlərinə görə, əgər həkim tibbin prinsiplərinə zidd gedərək xəstənin həyatında hər hansı hadisə törədirsə, bu, cinayət sayılır və həmin həkim cəzasını almalıdır:

Beynəlxalq hüquq və təcrübə olmalıdır. Bu ölkəni sanki bir oyuncağa çevirmək istəyirlər. Kriminal abortlarla bağlı cəza müəyyənləşdirilməsi başqa məsələdir. Gəlin bu kimi məsələləri vətəndaşların öz öhdəsinə buraxaq. Qadın doğmaq istəmirsə, övladdan, arzuolunmayan hamiləlikdən azad olunmaq istəyirsə, buna kim mane ola bilər? Niyə də mane olmalıdırlar? Hamilə olan ana onsuz da bunun çıxış yolunu tapacaq”.

Adil Qeybulla qeyd edib ki, abort sovet dövründə də qadağan olunmuşdu: "Amma yenə də bu abort həyata keçirilirdi. Yaxşı olar ki, biz bunları insanların öz öhdəsinə buraxaq. İnsanlara başa salmaq lazımdır ki, bu cür abortların həyati təhlükəsi var. İnsanlar özləri qərar versinlər. Belə prinsiplərlə cəmiyyəti idarə edə bilmərik. Bilirsiniz, müəyyən məsələlər var. Əgər insan hamiləliyi davam etdirmək istəmirsə, bu, ətraf üçün hansı təhlükəni yaradar? O qadın azad olmaq istəyir, bu, onun hüququdur. İqtisadi durumu nəzərə almaq lazımdır. Olsun ki, ailədə 4 uşaq var, beşincini istəmir, ya da 4 qızı var, beşincinin oğlan olmasını arzulayır, ona görə hamiləlikdən azad olmaq istəyir. Bunun yolu nədir? Onu necə həll etmək lazımdır? Əlbəttə ki, abort”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin yaxın vaxtlarda müzakirəyə çıxarılacağını deyib. O, bildirib ki, qanuna görə, Azərbaycanda selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək.

Bahar RÜSTƏMLİ
AzNews.az