Toyuq dönərinin satışına qoyulan qadağa hələ də qüvvədədir. Toyuq dönərinin satışına qoyulan qadağa hələ də qüvvədədir.

Toyuq dönərinə qoyulan qadağa niyə götürülmür? - Video

Toyuq dönərinin satışına qoyulan qadağa hələ də qüvvədədir.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, toyuq dönərinin satışına 2006-cı ildə qoyulan qadağa hələ də qüvvədədir. Ancaq nəzərə alsaq ki, son zamanlar mal ətinin qiymətində bahalaşma müşahidə olunur və dönər hazırlayan iaşə obyektlərində toyuq ətinə tələbat artıb. Çünki toyuq əti mal ətindən daha ucuzdur. Buna görə də toyuq dönərinə qoyulan qadağanın ləğv edilib-edilməməsi məsələsi gündəmdədir. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinə qoyulan qadağanın bir sıra səbəbləri var.

Ziyəddin Kazımov bildirir ki, indiyədək toyuq dönərinə qoyulan qadağanın götürülməməsinə səbəb bu sahədə fəaliyyət göstərən sahibkarların normalara cavab verən xidmət göstərməmələridir.

Tələblərə əsasən, toyuq dönərinin əti hazırlanan otaq ayrıca olmalı, orda bunun üçün tələb olunan avadanlıqlar qoyulmalı, dönərin içərisində əlavə olunan qatqılar isə iki hissəli vannada səliqə ilə yuyularaq yerində hazırlanmalıdır.

Vətəndaşların əksəriyyəti isə toyuq dönərinə qoyulan qadağadan xəbərsizdirlər və bu dönərlərdən yediklərini deyirlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblı deyir ki, dönər standartları hazırlanarkən siyahıda toyuq dönərinin də adı qeyd olunub. Yəni toyuq dönəri komitə tərəfindən yox, səhiyyə nazirliyi tərəfindən qadağan edilib.

Onu da qeyd edək ki, toyuq dönəri qadağan olunsa da, bir sıra iaşə obyektləri onu satmağa davam edirlər. Aidiyyatı qurumlar isə hazırda yalnız hansısa obyektdən şikayət olarsa, həmin yerdə yoxlama aparmaq səlahiyyətinə malikdirlər. Əgər şikayət əsaslı olarsa və insanların sağlamlığına təhlükə yaranarsa, bu halda həmin obyektin fəaliyyəti dayandırıla bilər.