Ötən gün Bakıdakı lombardlardan birinə silahlı basqın edən şəxs onlardan 5-6 min manat pul tələb edib. Ötən gün Bakıdakı lombardlardan birinə silahlı basqın edən şəxs onlardan 5-6 min manat pul tələb edib.

Oyuncaq tapança ilə lombarda basqın edən şəxs danışdı - Video

Ötən gün Bakıdakı lombardlardan birinə silahlı basqın edən şəxs onlardan 5-6 min manat pul tələb edib.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, müştəri olmayan vaxt lombarda basqın edən silahlı şəxsla bağlı bəzi təfərrüatlar məlum olub.

Sözügedən hadisə oktyabrın 24-də paytaxtın Nəsimi rayonunda metronun ''əcəmi'' stansiyasının yaxınlığındakı lombardlardan birində baş verib.

Saxlanılan Kamran Allaheverdiyevin sözlərinə görə, əvvəllər həmin lombardın müştərisi olub. Oyuncaq tapança ilə silahlanmış Kamran Allahverdiyev orada işləyən Anar Əliyevi hədəliyib pul və qızıl əşyalar verməsini tələb edib. Sonradan fikrindən yayınan Kamran oyuncaq silahla birlikdə könüllü həmin lombardın işçilərinə təslim olub. Hadisə yerinə gələn Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları onu saxlayaraq bölməyə aparıblar.

Faktla bağlı Kamran Allahevrdiyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam edir.