Rüstəm İbrahimbəyov Azərbaycana mart ayında qayıdacaq

Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov xarici səfərlərini başa vurduqdan sonra Bakıya qayıdacaq. Bu barədə Modern.az-a Ziyalılar Forumunun üzvü, kinossenarist Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, hazırda Rusiyada olan R.İbrahimbəyov mart ayında Bakıya gələcək.

"Hal-hazırda Rüstəm İbrahimbəyov Moskvadadır. Ordan Gürcüstana gedəcək. Orada böyük beynəlxalq tədbirlərdə iştirak edəcək. Gürcüstandan sonra Rüstəm bəyin Fransaya səfəri olacaq. Bildiyimiz kimi, Rüstəm bəy Fransada beynəlxalq kinofestivalın münsiflər heyətinin üzvüdür. Daha sonra o, Azərbaycana qayıdacaq"-deyə kinosserinarist bildirib.

AzNews.az