Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı parlamentə sənəd ünvanlayıb Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı parlamentə sənəd ünvanlayıb

Bundestaqa müraciət edildi

Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı parlamentə sənəd ünvanlayıb



Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı Almaniya Bundestaqına müraciət edib. Avropa Azərbaycanlıları Konqresinin müraciəti bu sözlərlə başlayır: "Xocalıdan öncə, Azərbaycanlılar bizi ciddi qəbul etmirdilər. Onların fikrincə, erməni xalqı dinc əhaliyə qarşı heç vaxt əl qaldırmayacaq. Biz bu stereotipi sındıra bildik".

Bu sözləri 16 il bundan əvvəl erməni separatçı qüvvələrini başçısı, hazırda Ermənistan prezidenti olan Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vala müsahibəsində deyib. Təəssüf ki, prezident Sarkisyan "Qara Bağ" kitabının müəllifinə dediyi bu sözləri yada salmağa tələsmir.

Müraciətdə daha sonra qeyd olunur ki, 21 il bundan əvvəl erməni silahlı qüvvələri sovet ordusunun 366–cı motoatıcı diviziyasının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım aktı həyata keçiriblər.

Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımı ilə bağlı Almaniya Bundestaqına göndərdiyi müraciətdə daha sonra bildirilir ki, "Human Rights Watch" Beynəlxalq təşkilatı Xocalı qətliamını Azərbaycanın Srebrenitsası adlandıraraq Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhaliyə qarşı törədilən ən dəhşətli soyqırım kimi qiymətləndirib. Buna baxmayaraq, Xocalı qətliamını həyata keçirən cinayətkarlar indiyədək məsuliyyətə cəlb olunmayıb və beynəlxalq məhkəmə qarşısında cavab verməyiblər.

Xocalı soyqırımı cəzası verilməmiş bir cinayətdir. Bu səbəbdən, Xocalı hava limanının açılması Azərbaycan vətəndaşlarının ağrısıdır.

Avropa Azərbaycanlıları Konqresi Avropa ictimaiyyətini bu məsələdə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırır.

AzNews.az