10 gündür aclıq aksiyası keçirən modelyer Leyla Əhmədova ölümlə üz-üzədir. 10 gündür aclıq aksiyası keçirən modelyer Leyla Əhmədova ölümlə üz-üzədir.

Aclıq edərək ölüm yatağına düşən modelyer Ombudsmana müraciət etdi - Video

10 gündür aclıq aksiyası keçirən modelyer Leyla Əhmədova ölümlə üz-üzədir.

Modelyerin AzNews.az-a verdiyi məlumata görə, 2014-cü ildə Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürdüyü Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyektində qarşılaşdığı haqsızlıq onun həyatına son qoymaq üzrədir:

“Sistemlərin gücünə ayaqda qalıram. Hər gün təcili yardım gəlir, sistem köçürülür, başqa-başqa iynələr vurulur. Günü-gündən halım pisləşir. Prinsipial adamam. Öləcəm, amma yolumdan dönməyəcəm. Mənə olunan haqsızlığın qarşısı alınmalıdır. Ölsəm, canımı qurban versəm də sonra kimi gedəcəm. Bu şərəfsizlərin qarşısını almalıyam. Mən dünyada adımı tanıtmışam. Ürəyim gedir, hardan güc tapım, daha taqətim qalmayıb”.

Leyla Əhmədova olanlarla bağlı aidiyyatı qurumlara müraciət etdiyini, lakin bunların heç bir nəticəsi olmadığını deyib: “Nə baxan var, nə də gələn. Mən hazırda oturduğum məkanı icarəyə götürmüşəm və müqavilə imzalamışam. Onlar mənə maddi imkanlarının aşağı olduğunu və mənim zövqümə görə təmir apara bilməyəcəklərini dedilər. Buna görə, təmiri mən özüm etdim. 14 minlik icarə pulu ödəyəcəyim halda qarşı tərəf mənə 2 minlik icarə müqaviləsi təklif elədi. Razılaşmadım. Onlarla nə danışmışamsa, hamısı faktdır. Sübutlarım, videolarım var. Onlarla razılaşmadığım təqdirdə qarşı tərəf məhkəməyə üz tutdu. İndi o gündən qalmışam məhkəmələrdə. Adını da qoyublar guya mən icarə pulu vermirəm. Xətai rayon Məhkəməsi qərar çıxarıb ki, Leyla Əhmədova binadan çıxarılsın və 270 min icarə haqqı ödəsin. Bu boyda haqsızlıq ola bilməz”.

Leyla Əhmədova ona qarşı tərəfin 200 min manat ziyan vurduğunu deyib:

“Mənə dəyən ziyan ödənməlidir. Yoxsa bu, ölüm döşəyim olacaq. Məsələ ilə bağlı Ombudsmana müraciət göndərilib, ondan xahiş edirik ki, mənə dəstək olsun”.

Публикация от Saida Sultan (@saida_sultan) Ноя 28 2017 в 12:55 PST

Bahar RÜSTƏMLİ
AzNews.az