Astarada yol polisinin keçirdiyi reyd zamanı kobud qayda pozuntuları aşkar edilib. Astarada yol polisinin keçirdiyi reyd zamanı kobud qayda pozuntuları aşkar edilib.

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - Video

Astarada yol polisinin keçirdiyi reyd zamanı kobud qayda pozuntuları aşkar edilib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, sürücülər yenə də içkili halda sükan arxasına oturub real təhlükə yaradırlar.

Sürücü: “İçkili olsam uşağım rolda olar, özüm oturaram da onun yanında”.

Sürücü: “Spirtli içki qəbul etməmişəm. Spirt iyi gəlmir”.

Reyd zamanı polisin “saxla” əmrinə tabesizlik göstərən və ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinir.

Sürücü: “Düş maşından. Sən kimsənki mənim maşınımda oturursan.

Reydlər bundan sonra da davam etdiriləcək.