Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib - Nərimanovda (Foto)

7 dekabr tarixində Nərimanov rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının “12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü”nə həsr olunan tədbiri keçirilib.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının himni səsləndikdən sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider barədə danışaraq Azərbaycanın inkişafında, ölkəmizin iqtisadi potensialının güclənməsi, dövlət büdcəsinin gəlirlərinin artmasında, neft sektorunun inkişafında, ölkənin istehsal gücünün artmasında, çoxlu sayda yeni iş yerlərinin açılmasında, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsində, sahibkarlığın inkişaf etdirilməsində Ulu öndərin rolunu bildirib.

Sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavını İradə Mahmudovaya çıxış üçün söz verilib . Heydər Əliyev haqqında danışan İ.Mahmudova ən çətin anlarda Heydər Əliyevin yenilməz siyasi iradə nümayiş etdirdiyini, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildiyini, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildiyini qeyd edib. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova öz çıxışında qeyd etmişdir ki, Heydər Əliyev haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına köçürülməlidir. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndiyi və onun ətrafında daha sıx birləşdiyi qeyd olunmuşdur. Tədbirdə məktəb şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış edərək ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyibdirlər. Tədbir Ulu öndərin həyatını əks etdirən slaydlarla və videogörüntülərlə müşaidə olunub.