- Köhnə - Cəmiyyət
- 11 Dekabr 2017 11:01
- 2 446
Azərbaycanda 538 körpə fiziki qüsurlu doğulub
"Bu il Azərbaycanda 538 körpə fiziki qüsurlu doğulub".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək" layihəsinin təqdimatında deyib.
Nazir bildirib ki, bunun səbəbləri müxtəlifdir: "Qohum evliliyi, erkən nikahlar və s. Bunlara qarşı dövlət tərəfindən müxtəlif tədbirlər görülür".
AzNews.az