- Köhnə - Cəmiyyət
- 11 Dekabr 2017 12:11
- 3 221
İstirahət günü qəzaların sayı - 12 ölü, 17 yaralı

Azərbaycan ərazisində istirahət günlərində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 17 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 12 nəfər ölüb, 17 nəfər xəsarət alıb.