Qadın polisə müraciət etdi - Evindən 4 min manat pul oğurlanıb

Salyanda vətəndaşa məxsus mənzildən 4 min manat pul oğurlanıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzNews.az-a verilən məlumata görə, cari il dekabrın 9-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Salyan Rayon Polis Şöbəsinə rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanmağı barədə məlumat daxil olub.

RPŞ-yə dəvət edilən P.Nağıyeva pulunun bir gün əvvəl Lənkəranda olduğu müddətdə oğurlandığını bildirib.