Bu il Azərbaycanda 42 üçəm doğulub

Bu ilin ötən dövrü ərzində Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qızlardan çox olub.

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulanlardır.