Axşam Bakının iki rayonunda su olmayacaq

Bu gün Bakının iki rayonunda su məhdudiyyətlə veriləcək.

AzNews.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün axşam saatlarında Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.