Bərdə Rayon Mərkəzi Xəstəxanası doğuş zamanı ananın dünyasını dəyişməsinə aydınlıq gətirib. Bərdə Rayon Mərkəzi Xəstəxanası doğuş zamanı ananın dünyasını dəyişməsinə aydınlıq gətirib.

Baş həkim doğuş zamanı ölən anadan danışıdı: “Buna həkim neynəsin?”

Bərdə Rayon Mərkəzi Xəstəxanası doğuş zamanı ananın dünyasını dəyişməsinə aydınlıq gətirib.

Xəstəxananın doğum şöbəsinin baş həkimi Tünzalə Quliyeva AzNews.az-a açıqlamasında Könül Əliyevanın normal əməliyyat keçirdyini qeyd edib:

“Əməliyyatda ən bacarıqlı həkimlər iştirak edib. Əməliyyatın gedişində dölyanı mayenin embaliyası baş verib. Yəni, bu, o deməkdir ki, dölyanı maye böyük damarlardan birinə keçir, həyat üçün vacib olan oqranların damarlarını tutur. Tənəffüs, ürək, qan-damar sistemində kəskin dəyişiklik yaradır və xəstə bu səbəbdən tələf olur. Xırda maye olarsa, həmin xəstəni həyata qaytarmaq olur, ancaq böyük mayelərdə bu, mümkünsüzdür. Allahın işidir, buna həkim yaxud da başqası neynəsin”.

Qeyd edək ki, Bərdə rayonunda ana doğuş vaxtı ölüb. Rayonun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az