Ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş növbəti əməliyyat tədbiri uğurla nəticələnib. Ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş növbəti əməliyyat tədbiri uğurla nəticələnib.

8 kilo marixuana tapıldı

Ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş növbəti əməliyyat tədbiri uğurla nəticələnib.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib. Bu zaman evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib. H.Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.